​Dünya bazarında neftin bahalaşması davam edir

​Dünya bazarında neftin bahalaşması davam edir "Brent" markalı neftin qiyməti 49,03 dollar həddini keçib
Energetika
22 Yanvar , 2015 09:19
​Dünya bazarında neftin bahalaşması davam edir

Bakı. 22 yanvar. REPORT.AZ/ Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin bir barelinin qiyməti 2,74% yaxud 1,31 dollar bahalaşaraq 47,78 ABŞ dolları təşkil edib.

"Report"un xəbərinə görə, birjalarda "Brent" markalı xam neftin qiymətində də artım müşahidə olunub. Belə ki, "Brent"in bir bareli 2,12% və ya 1,04 dollar bahalaşaraq 49,03 dollara çatıb.

Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırkı vəziyyətdə qalarsa, 2015-ci il üzrə neftin orta qiymətinin 54 dollar/barel olacağı proqnozlaşdırılır.

Son xəbərlər

Orphus sistemi