Bolqarıstanda “Lukoyl”un ehtiyatlarının inventarlaşdırılmasına başlanılıb

Bolqarıstanda “Lukoyl”un ehtiyatlarının inventarlaşdırılmasına başlanılıb Bolqarıstanda “Lukoyl” şirkətinə məxsus “Lukoil Neftochim Burgas” neft emalı zavodu və anbarlarının inventarlaşdırılmasına başlanılıb.
Energetika
10 May , 2024 23:24
Bolqarıstanda “Lukoyl”un ehtiyatlarının inventarlaşdırılmasına başlanılıb

Bolqarıstanda “Lukoyl” şirkətinə məxsus “Lukoil Neftochim Burgas” neft emalı zavodu və anbarlarının inventarlaşdırılmasına başlanılıb.

“Report” əbər verir ki, bu barədə Bolqarıstanın Maliyyə Nazirliyi məlumat yayıb.

Yoxlamada vergi və gömrük işçiləri, polis əməkdaşları və dövlət ehtiyatlarına cavabdeh olan qurumun nümayəndələrindən ibarət birgə qruplar, ümumilikdə 190-dan çox şəxs iştirak edir.

Yoxlama Sofiya şəhəri və Sofiya vilayətində, Burqas, Varna, Ruse, Plovdiv və Stara Zaqora şəhərlərindəki neft bazalarında aparılır.

“Yoxlamanın əsas məqsədi anbarlarda yerləşən enerji məhsullarının inventarlaşdırılması və fiziki kəmiyyətinin müəyyən edilməsidir, daha sonra isə bu məlumatlar mövcud maddi hesabatlarla yoxlanılacaq”, - məlumatda deyilir.

Son xəbərlər

Orphus sistemi