Bakı. 8 fevral. REPORT.AZ/ "Gürcüstan Dövlət Elektrik Sistemi" iki istiqamətdə - Azərbaycandan Türkiyəyə və Rusiyadan Ermənistana tranzit dəhlizi funksiyasını həyata keçirməyə başlayıb.
"Report"un "Qruziya Online" saytına istinadən verdiyi xəbərə görə, fevralın 7-dən etibarən Azərbaycandan Türkiyəyə təqribən 80 MVt miqdarında elektrik enerjisinin tranzitinə başlanılıb.
Rusiyadan Ermənistana orta hesabla 30 MVt miqdarında elektrik enerjisinin tranziti isə fevralın 5-dən həyata keçirilməyə başlayıb.
Nəticədə Gürcüstan elektrik enerjisinin tranzitindən ayda 1 mln. lari gəlir əldə edəcək.