Yuxarı

Azərbaycan Gürcüstan üzərindən Türkiyəyə elektrik enerjisi tranzitinə başlayıb

Azərbaycandan Türkiyəyə təqribən 80 MVt miqdarında elektrik enerjisi ötürüləcək

Bakı. 8 fevral. REPORT.AZ/ "Gürcüstan Dövlət Elektrik Sistemi" iki istiqamətdə - Azərbaycandan Türkiyəyə və Rusiyadan Ermənistana tranzit dəhlizi funksiyasını həyata keçirməyə başlayıb.

"Report"un "Qruziya Online" saytına istinadən verdiyi xəbərə görə, fevralın 7-dən etibarən Azərbaycandan Türkiyəyə təqribən 80 MVt miqdarında elektrik enerjisinin tranzitinə başlanılıb.

Rusiyadan Ermənistana orta hesabla 30 MVt miqdarında elektrik enerjisinin tranziti isə fevralın 5-dən həyata keçirilməyə başlayıb.

Nəticədə Gürcüstan elektrik enerjisinin tranzitindən ayda 1 mln. lari gəlir əldə edəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi