Şöbə müdiri: Azərbaycanda üzümçülük dağlıq və dağətəyi rayonlarda olmalıdır

Şöbə müdiri: Azərbaycanda üzümçülük dağlıq və dağətəyi rayonlarda olmalıdır "Ölkədə ən azı 10 min hektarda zeytun sahəsi salmaq olar"
Elm və təhsil
2 Mart , 2016 19:02
Şöbə müdiri: Azərbaycanda üzümçülük dağlıq və dağətəyi rayonlarda olmalıdır

Bakı. 2 mart. REPORT.AZ/ "Azərbaycanda üzümçülük dağlıq və dağətəyi rayonlarda olmalıdır. Üzüm bağlarının Aran rayonlarında salınması düzgün deyil". "Report"un məlumatına görə, bunu Kənd Təsərrüfatı Nazirliyinin Elmi Tədqiqat Əkinçilik İnstitunun şöbə müdiri Əsəd Musayev Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin iclasında çıxışı zamanı deyib.

O bildirib ki, dünyanın inkişaf edən və aqrar sahəyə diqqət yetirən ölkələrində də üzüm sahələri dağlıq və dağətəyi ərazilərdə salınır: "Cəlilabadda geniş üzüm sahələri salınır ki, bu da düzgün deyil. Çünki Cəlilabad taxılçılıq üçün daha əlverişlidir. Azərbaycanda ildən-ilə artan əhalisinin ərzaqla təminatı baxımından aqrar sahədə belə səhvlərə yol verilməməlidir".

İnstitut rəsmisi qeyd edib ki, dağ çaylarında sellər çox olduğundan, həmin sahələrdə əkinçiliyi inkişaf etdirmək üçün çoxlu su tutarları yaradılmalıdır: "Hazırda Azərbaycanda 2 min hektarda zeytun sahəsi var. Lakin hesab edirəm ki, ölkədə ən azı 10 min hektarda zeytun sahəsi salmaq olar. Bunun üçün Azərbaycanın bir çox ərazilərində, xüsusilə Abşeron yarımadasında əlverişli imkan var. Bununla da qida yağı problemini də həll etmək olar".

Son xəbərlər

Orphus sistemi