Azərbaycanda şənbə gününə olan hava proqnozu açıqlanıb

Azərbaycanda şənbə gününə olan hava proqnozu açıqlanıb Havanın əsasən yağmursuz keçəcəyi gözlənilir
Ekologiya
6 Fevral , 2015 12:34
Azərbaycanda şənbə gününə olan hava proqnozu açıqlanıb

Bakı. 6 fevral. REPORT.AZ/ Fevralın 7-də Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Report"a verilən məlumata görə, sabaha Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman və çiskin olacaq. Arabir güclənən cənub-qərb küləyi axşama doğru şimal küləyi ilə əvəz olunacaq.

Havanın temperaturunun gecə 3-5, gündüz 9-14 dərəcə isti olacağı gözlənilir. Sabah Azərbaycan rayonlarında havanın əsasən yağmursuz olacağı, gecə və səhər bəzi yerlərdə duman, şərq rayonlarında çiskin olacaq. Cənub-qərb küləyi əsəcək, dağlıq və dağətəyi rayonlarda arabir güclənəcək.

Havanın temperaturunun gecə 1-6 dərəcə isti, gündüz 12-17 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 8 dərəcədən 13 dərəcəyə qədər isti olacağı gözlənilir.

Son xəbərlər

Orphus sistemi