Sabah Bakıda fasilələrlə yağış yağacaq

Sabah Bakıda fasilələrlə yağış yağacaq Dağlıq və dağətəyi rayonlarda isə sulu qar və qar yağacağı gözlənilir
Ekologiya
21 Mart , 2015 13:42
Sabah Bakıda fasilələrlə yağış yağacaq

Bakı. 21 mart. REPORT.AZ/ Sabah Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan "Report"a bildirilib ki, gün ərzində fasilələrlə yağış yağacaq. Mülayim şimal-qərb küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 3-5, gündüz isə 7-9 dərəcə isti olacaq.

Rayonlarda isə gecə və səhər bəzi yerlərdə dumanlı, çiskinli hava şəraitinin olacağı, gün ərzində arabir yağış yağacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar və qar yağacağı gözlənilir.

Qərb küləyi əsəcək, gündüz arabir güclənəcək, havanın temperaturu gecə 0-5 dərəcə, gündüz isə 7-12 dərəcə isti, dağlarda gecə 1-6 dərəcə, gündüz 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti olacağı gözlənilir.

Son xəbərlər

Orphus sistemi