Yuxarı

Sabah Bakıda fasilələrlə yağış yağacaq

Dağlıq və dağətəyi rayonlarda isə sulu qar və qar yağacağı gözlənilir

Bakı. 21 mart. REPORT.AZ/ Sabah Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan "Report"a bildirilib ki, gün ərzində fasilələrlə yağış yağacaq. Mülayim şimal-qərb küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 3-5, gündüz isə 7-9 dərəcə isti olacaq.

Rayonlarda isə gecə və səhər bəzi yerlərdə dumanlı, çiskinli hava şəraitinin olacağı, gün ərzində arabir yağış yağacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar və qar yağacağı gözlənilir.

Qərb küləyi əsəcək, gündüz arabir güclənəcək, havanın temperaturu gecə 0-5 dərəcə, gündüz isə 7-12 dərəcə isti, dağlarda gecə 1-6 dərəcə, gündüz 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti olacağı gözlənilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi