Mübariz Qurbanlı Göygöldə vətəndaşları qəbul edəcək

Mübariz Qurbanlı Göygöldə vətəndaşları qəbul edəcək Qəbul Göygöl şəhəri Heydər Əliyev Mərkəzində keçiriləcək
Din
23 İyun , 2016 12:53
Mübariz Qurbanlı Göygöldə vətəndaşları qəbul edəcək

Bakı. 23 iyun. REPORT.AZ/ Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı iyunun 29-da Göygöl rayonunda Gəncə, Naftalan şəhərlərinin, eləcə də Samux, Göygöl, Goranboy və Kəlbəcər rayonlarının sakinlərini qəbul edəcək.

Bu barədə "Report"a Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

Qəbul Göygöl şəhəri Heydər Əliyev Mərkəzində saat 10:00-da keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşlar Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsinə müraciət edə bilərlər. 

Son xəbərlər

Orphus sistemi