Səyavuş Heydərov: Azərbaycanda bütün xalqların nümayəndələri bir ailə kimi yaşayır

Səyavuş Heydərov: Azərbaycanda bütün xalqların nümayəndələri bir ailə kimi yaşayır “Azərbaycanda bütün xalqların nümayəndələri bir ailə kimi yaşayır. Bu gün Pasxa bayramının məhz Qəbələ rayonunun Nic qəsəbəsində keçirilməsi də ölkədə fəaliyyətdə olan xristian dini icmalarının təşəbbüsü və təşkilatçılığı ilə baş tutub”.
Din
5 May , 2024 11:49
Səyavuş Heydərov: Azərbaycanda bütün xalqların nümayəndələri bir ailə kimi yaşayır

Azərbaycanda bütün xalqların nümayəndələri bir ailə kimi yaşayır. Bu gün Pasxa bayramının məhz Qəbələ rayonunun Nic qəsəbəsində keçirilməsi də ölkədə fəaliyyətdə olan xristian dini icmalarının təşəbbüsü və təşkilatçılığı ilə baş tutub.

“Report”un Qəbələyə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədrinin müavini Səyavuş Heydərov deyib.

Onun sözlərinə görə, Nic qəsəbəsinə yaxın bölgələrdə yaşayan xristian icmasının nümayəndələrinin Qəbələyə gələrək birgə Pasxa bayramını qeyd etməsi Azərbaycanın qeyri-islam dini icmalarına qayğısının bariz nümunəsidir:

“Azərbaycanın ərsəyə gətirdiyi bu strategiyası, həmçinin dini icmalara qayğısı ilə dünyaya sülhün bərqərar olunması atıla biləcək addımlar fonunda mesajlar verir. Dünyada gərginlik artmaqdadır. Bunun da əsasında dini-etnik zəmində münaqişələr durur.

Bunun əksinə, Azərbaycanda dinlərarası, mədəniyyətlərarası münasibətlər tolerantlığın ən yüksək zirvəsi olan birgəyaşayış formatında özünü göstərir. Biz bu ənənəmizə qürur duyuruq və sözügedən dəyərlərimizi daha da möhkəmlətmək, dünyaya ixrac etmək, eyni zamanda dünyada sülhün bərqərar olunması üçün əlimizdən gələni edəcəyik”.

O əlavə edib ki, Prezident İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını müqəddəs Pasxa bayramı münasibətilə təbrik edib:

“Həmçinin, cənab Prezident bir neçə gün öncə keçirilən VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda Azərbaycanda mövcud olan tolerantlıq, birgəyaşayış ənənələri barədə bir daha konfrans iştirakçılarının diqqətinə çatdırıb və bu dəyərləri inkişaf etdirmək üçün qarşımızda yeni tapşırıqlar qoyub. Azərbaycan modeli əsasında dünya ictimaiyyətinə mesajlar göndərərək çağırışlar edib. Bu gün Azərbaycan reallıqlarını təhlil edəndə görürük ki, həqiqətən də burada xalqlararası, dinlərarası strategiya birlik formatında mövcuddur”.

Son xəbərlər

Orphus sistemi