Allahşükür Paşazadə: Azərbaycanın qlobal təşəbbüsləri regionun maraqlarına xidmət edir

Allahşükür Paşazadə: Azərbaycanın qlobal təşəbbüsləri regionun maraqlarına xidmət edir Azərbaycanın multikultural dəyərləri təşviq edən qlobal ideyaları regionun və bütün bəşəriyyətin maraqlarına xidmət edir.
Din
1 May , 2024 15:35
Allahşükür Paşazadə: Azərbaycanın qlobal təşəbbüsləri regionun maraqlarına xidmət edir

Azərbaycanın multikultural dəyərləri təşviq edən qlobal ideyaları regionun və bütün bəşəriyyətin maraqlarına xidmət edir.

"Report" xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə mayın 1-də Bakıda keçirilən VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində təşkil olunan dini liderlərin görüşündə deyib.

O qeyd edib ki, Azərbaycan qlobal məsələlərin müzakirə olunduğu beynəlxalq tədbirləri uğurla keçirir:

“Bu gün bütün dünyanın sabitliyinə və təhlükəsizliyinə təhdid olan beynəlxalq terrorizmin, ksenofobiyanın, antisemitizmin, xristianofobiyanın, islamofobiyanın qarşısının alınmasında dövlət başçılarının, ictimai və dini liderlərin birgə və davamlı əməkdaşlığı hər zamankından daha vacibdir. Amma real həyatda dindən siyasi məqsədlər üçün sui-istifadə halları ilə qarşılaşırıq. Lakin təhlükə dindən deyil, dinin siyasiləşdirilməsindən irəli gəlir”.

Son xəbərlər

Orphus sistemi