​Arxiyepiskop: "Şamaxı Cümə məscidi, Gəncədə “İmamzadə” kompleksi Azərbaycan memarlığının parlaq nümunələridir"

​Arxiyepiskop: "Şamaxı Cümə məscidi, Gəncədə “İmamzadə” kompleksi Azərbaycan memarlığının parlaq nümunələridir" "Onlar insanların öz tarixi və mədəniyyəti ilə təmasda olmasına imkan verir"
Din
18 Fevral , 2016 03:47
​Arxiyepiskop: Şamaxı Cümə məscidi, Gəncədə “İmamzadə” kompleksi Azərbaycan memarlığının parlaq nümunələridir

Bakı. 18 fevral. REPORT.AZ/ "Bakıdakı Heydər Məscidi, Şamaxı Cümə məscidi, Gəncədə “İmamzadə” kompleksi kimi binalar Azərbaycan milli memarlığının və incəsənətinin nailiyyətlərinin parlaq nümunələridir".

"Report" xəbər verir ki, bunu fevralın 17-də Gəncədə “İmamzadə” dini kompleksinin açılış mərasimində çıxışı zamanı Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein bildirib.

O söyləyib ki, müqəddəs dini ziyarətgahlara, tarix və mədəniyyət abidələrinə qayğıkeş münasibət milli mənlik şüuru hissinin parlaq təzahürüdür:

"Əlbəttə, müasir dövrdə urbanistika və memarlıq misli görünməmiş dərəcədə tərəqqi edib, lakin milli dühanın, milli memarlığın nailiyyətlərini unutmaq ağılsızlıq olardı. Bakıdakı Heydər Məscidi, Şamaxı Cümə məscidi, Gəncədə “İmamzadə” kompleksi kimi binalar Azərbaycan milli memarlığının və incəsənətinin nailiyyətlərinin parlaq nümunələridir. Əlbəttə, ziyarətgahlar insanların ibadət və dua etmələrinə imkan yaradır, lakin onlar həm də insanların öz dini biliklərini ümumiləşdirməsinə, dərinləşdirməsinə, öz xalqının tarixi və mədəniyyəti ilə təmasda olmasına imkan verir. Məncə, burada belə ünsiyyət üçün hər cür imkan yaradılıb. Ona görə ki, burada bütün bunların həyata keçirilməsi üçün zəruri infrastruktur çox inkişaf edib. Gənc nəsil üçün xüsusi əhəmiyyət kəsb edən məqam ondan ibarətdir ki, burada gənclərin öz milli identikliyini dərk etmələrinə imkan yaradılıb. Mənim fikrimcə, gənclər burada olarkən öz ölkələrinə görə qürur duyacaq və ən başlıcası, Azərbaycanın gələcək taleyi üçün məsuliyyət hissini öyrənəcəklər".

Son xəbərlər

Orphus sistemi