Bakı. 7 oktyabr. REPORT.AZ/ Yaponiyanın baş naziri Sindzo Abe Nazirlər Kabineti üzvlərinin yarısını dəyişdirib.
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Yaponiya hökumətində yenidən baş katib vəzifəsini tutan Yosixide Suqa bildirib.
Qeyd edək ki, bu il sentyabrın sonunda baş nazir Sindzo Abe Liberal Demokrat Partiyasına yenidən sədr seçiləndən sonra ölkə qanunlarına əsasən, o, daha üç il müddətinə hökumətə başçılıq edəcək. Ona görə də hökumət üzvləri istefa vermişdi.
Yaponiya hökumətinin yeni tərkibi açıqlanıb. Məlumata görə, nazirlər kabinetinin 19 üzvündən 9-u vəzifəsini qoruya bilib. Yeni hökumətin 3 üzvü qadındır.