Türkiyə Mursi barəsində ölüm hökmünün ləğvi üçün beynəlxalq mexanizmlərə əl atacaq

Türkiyə Mursi barəsində ölüm hökmünün ləğvi üçün beynəlxalq mexanizmlərə əl atacaq Türkiyə prezidentinin mətbuat katibi bildirib ki, Mursi barəsində hökmün icrası Yaxın Şərq regionunda xaos yarada bilər
Digər ölkələr
18 May , 2015 19:32
Türkiyə Mursi barəsində ölüm hökmünün ləğvi üçün beynəlxalq mexanizmlərə əl atacaq

Bakı. 18 may. REPORT.AZ/ Türkiyə Misirin sabiq prezidenti Məhəmməd Mursi barəsində verilən ölüm hökmünün ləğv olunması üçün bütün mümkün beynəlxalq mexanizmlərə əl atmaq niyyətindədir. "Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın bildirib.

Mayın 16-da Qahirə Məhkəməsi Mursi və casusluq, həbsxanadan qaçış, 2011-ci ilin əvvəllərində kütləvi xalq iğtişaşları zaman hüquq-mühafizə orqanları qüvvələrinə hücumların təşkili ilə bağlı iş üzrə şübhəli bilinən bütün şəxslər barəsində ibtidai ölüm hökmü çıxarıb.

"Biz Səudiyyə Ərəbistanı, Qətər və Fars körfəzinin digər ölkələri ilə məsləhətləşmələr aparırıq. Bu məsələnin həlli üçün beynəlxalq ictimaiyyəti cəlb etməliyik. Yaxın zamanlarda beynəlxalq mexanizmləri, ilk növbədə də BMT-in İnsan Haqları Komitəsini bu işə cəlb etməyi planlaşdırırq", - İ.Kalın bildirib. 

O əlavə edib ki, Mursi barəsində hökmün icrası Yaxın Şərq regionunda xaos yarada bilər.

Son xəbərlər

Orphus sistemi