Tunisdə antiterror əməliyyatı keçirilib, 9 döyüşçü öldürülüb

Tunisdə antiterror əməliyyatı keçirilib, 9 döyüşçü öldürülüb Bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb
Digər ölkələr
29 Mart , 2015 20:46
Tunisdə antiterror əməliyyatı keçirilib, 9 döyüşçü öldürülüb

Bakı. 29 mart. REPORT.AZ/ Tunisin Qafsa əyalətində antiterror əməliyatları zamanı 9 döyüşçü öldürülüb. "Report"un "Azadlıq radiosu"na istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Xüsusi əməliyyat döyüşçülərin martın 18-də Tunisdəki "Bardo" muzeyinə hücumuna müqavimət tədbirləri çərçivəsində martın 28-i gecə saatlarında aparılıb.

Məlumata görə, öldürülən döyüşçülər "Okba ibn Nafaa" ekstremist qruplaşmasından olublar. Hakimiyyət muzeyə hücumun arxasında məhz bu qruplaşmanın olduğunu iddia edir. Baxmayaraq ki, "İslam Dövləti" radikal dini qruplaşması hücuma görə məsuliyyəti öz üzərinə götürüb. 

Son xəbərlər

Orphus sistemi