Yuxarı

Tunisdə antiterror əməliyyatı keçirilib, 9 döyüşçü öldürülüb

Bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb

Bakı. 29 mart. REPORT.AZ/ Tunisin Qafsa əyalətində antiterror əməliyatları zamanı 9 döyüşçü öldürülüb. "Report"un "Azadlıq radiosu"na istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Xüsusi əməliyyat döyüşçülərin martın 18-də Tunisdəki "Bardo" muzeyinə hücumuna müqavimət tədbirləri çərçivəsində martın 28-i gecə saatlarında aparılıb.

Məlumata görə, öldürülən döyüşçülər "Okba ibn Nafaa" ekstremist qruplaşmasından olublar. Hakimiyyət muzeyə hücumun arxasında məhz bu qruplaşmanın olduğunu iddia edir. Baxmayaraq ki, "İslam Dövləti" radikal dini qruplaşması hücuma görə məsuliyyəti öz üzərinə götürüb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi