"Taliban" Əfqanıstanda "yaz həmləsinə" başlayacağını bəyan edib

"Taliban" Əfqanıstanda "yaz həmləsinə" başlayacağını bəyan edib Onlar əsas hədəflərinin əcnəbilərin hərbi bazaları, araşdırma və diplomatik qurumların binaları olacağını bildiriblər
Digər ölkələr
22 Aprel , 2015 12:53
Taliban Əfqanıstanda yaz həmləsinə başlayacağını bəyan edib

Bakı. 22 aprel. REPORT.AZ/ Aprelin 24-də terrorçu "Taliban" hərəkatı Əfqanıstanda "Əzm" adı altında "yaz həmləsinə" başlayacağını bəyan edib.

"Report" TASS-a istinadən xəbər verir ki, bununla bağlı terrorçu qruplaşma bildiriş yayıb.

Qruplaşma bəyan edib ki, əsas hədəfləri əcnəbilərin hərbi bazaları, araşdırma və diplomatik qurumların binaları olacaq.

"Taliban" dinc sakinlər arasında qurbanların olmasının yolverilməzliyini vurğulayıb: "Dinc və mülki sakinlərin ölümündə günahkar olanları şəriət qaydaları ilə cəzalandıracağıq".

Məlumata əsasən, bu il "Taliban" hərəkatına qarşı yalnız Əfqanıstan silahlı qüvvələri mübarizə aparacaq.

Son xəbərlər

Orphus sistemi