Bakı. 22 aprel. REPORT.AZ/ Aprelin 24-də terrorçu "Taliban" hərəkatı Əfqanıstanda "Əzm" adı altında "yaz həmləsinə" başlayacağını bəyan edib.
"Report" TASS-a istinadən xəbər verir ki, bununla bağlı terrorçu qruplaşma bildiriş yayıb.
Qruplaşma bəyan edib ki, əsas hədəfləri əcnəbilərin hərbi bazaları, araşdırma və diplomatik qurumların binaları olacaq.
"Taliban" dinc sakinlər arasında qurbanların olmasının yolverilməzliyini vurğulayıb: "Dinc və mülki sakinlərin ölümündə günahkar olanları şəriət qaydaları ilə cəzalandıracağıq".
Məlumata əsasən, bu il "Taliban" hərəkatına qarşı yalnız Əfqanıstan silahlı qüvvələri mübarizə aparacaq.