Suriyaya dair danışıqlar davam etdiriləcək

Suriyaya dair danışıqlar davam etdiriləcək Suriyaya dair sülh danışıqlarının ilk raundu fevralın 3-ü iki gün davam etdikdən sonra dayandırılıb
Digər ölkələr
8 Mart , 2016 22:22
Suriyaya dair danışıqlar davam etdiriləcək

Bakı. 8 mart. REPORT.AZ/Suriyaya dair növbəti sülh danışıqlarının martın 9-u Cenevrədə keçirilməsi nəzərdə tutulub.

"Report"-un "Amerikanın səsinə" istinadən xəbər verir ki, Dəməşq rəsmiləri görüşdə iştirak edəcəklərini bildirsə də, əsas müxalifət qrupu olan Ali Danışıqlar Komitəsi danışıqlara qatılacağını hələ təsdiq etməyib.

Suriyaya dair sülh danışıqlarının ilk raundu fevralın 3-ü iki gün davam etdikdən sonra dayandırılıb.

Fevralın 27-i qüvvəyə atəşkəsə dair razılığa hələ ki riayət edilir. Ali Danışıqlar Komitəsinin başçısı Riad Hijab BMT-nin xüsusi nümayəndəsi Staffan de Misturanın vasitəçiliyi ilə keçiriləcək danışıqlarda birbaşa və ya bilvasitə iştirak edib-etməyəcəklərinə dair qərarın həftə sonu veriləcəyinə işarə edib.

BMT sözçüsü Farhan Haq deyib ki, bəzi iştirakçıların gecikməsinə baxmayaraq danışıqlar nəzərdə tutulduğu vaxt keçiriləcək.

ABŞ Dövlət Departamentinin sözçüsü Con Kirbi qeyd edib ki, danışıqların ilk raundunda bütün maraqlı tərəflər müzakirələrə vaxtında qatılmayıb.

Kribi deyib ki, ABŞ Riad Hijabın təkid etdiyi kimi siyasi razılığın bir hissəsi olaraq, Suriya prezidenti Bəşar Əl-Əsədin hakimiyyətdən getməsi fikri ilə razılaşmır.

ABŞ sözçüsü cənab Əsədin ölkənin gələcəyinin bir hissəsi ola bilmədiyini deyib. Lakin o qeyd edib ki, Suriya prezidentinin hakimiyyətdən getməsi vaxtı və onun keçid prosesində rolu kimi məsələlər müəyyən edilməlidir.

Avstraliya Milli Universitetində Yaxın Şərq məsələləri üzrə təhlilçi Amin Saikal Amerikanın Səsinə bildirib ki, müxalifətin narahatlıqların onların danışıqları davam etdirməyə könülsüz olduğuna gətirib çıxarıb.

Son xəbərlər

Orphus sistemi