​Suriyada Rusiya hərbi bazasının yerləşdiyi əyalətdə partlayış törədilib, 100-dən çox insan ölüb

​Suriyada Rusiya hərbi bazasının yerləşdiyi əyalətdə partlayış törədilib, 100-dən çox insan ölüb Ölənlərin çoxunun dinc sakinlər olduğu bildirilib
Digər ölkələr
23 May , 2016 13:25
​Suriyada Rusiya hərbi bazasının yerləşdiyi əyalətdə partlayış törədilib, 100-dən çox insan ölüb

Bakı. 23 may. REPORT.AZ/ Suriyanın Aralıq dənizi sahillərində yerləşən Latakiya əyalətnin Cebla və Tartus şəhərlərində ardıcıl törədilən partlayış nəticəsində 100-dən çox insan ölüb.

"Report" xəbər verir ki, bu haqda "Röyters" agentliyi məlumat yayıb.

Xəbərə görə, təkcə iri liman şəhəri olan iCeblada 4 partlayış nəticəsində 45 nəfər həlak olub. Ölənlərin çoxunun dinc sakinlər olduğu bildirilib.

Qeyd edək ki, adı çəkilən ərazi Bəşşar Əsəd rejiminə məxsus silahlıların nəzarəti alıtındadır. Tartus şəhərində isə Rusiyanın hərbi bazası yerləşir.

Son xəbərlər

Orphus sistemi