Yuxarı
    Bağlamaq

    ​Suriyada Rusiya hərbi bazasının yerləşdiyi əyalətdə partlayış törədilib, 100-dən çox insan ölüb

    Ölənlərin çoxunun dinc sakinlər olduğu bildirilib

    Bakı. 23 may. REPORT.AZ/ Suriyanın Aralıq dənizi sahillərində yerləşən Latakiya əyalətnin Cebla və Tartus şəhərlərində ardıcıl törədilən partlayış nəticəsində 100-dən çox insan ölüb.

    "Report" xəbər verir ki, bu haqda "Röyters" agentliyi məlumat yayıb.

    Xəbərə görə, təkcə iri liman şəhəri olan iCeblada 4 partlayış nəticəsində 45 nəfər həlak olub. Ölənlərin çoxunun dinc sakinlər olduğu bildirilib.

    Qeyd edək ki, adı çəkilən ərazi Bəşşar Əsəd rejiminə məxsus silahlıların nəzarəti alıtındadır. Tartus şəhərində isə Rusiyanın hərbi bazası yerləşir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi