Suriyada "Hizbullah" əsgərlərinin də içərisində olduğu 70 hərbçi öldürülüb

Suriyada "Hizbullah" əsgərlərinin də içərisində olduğu 70 hərbçi öldürülüb Əsəd qüvvələrinə məxsus 4 tank və çox sayda hərbi vasitə də məhv edilib
Digər ölkələr
11 May , 2015 12:26
Suriyada Hizbullah əsgərlərinin də içərisində olduğu 70 hərbçi öldürülüb

Bakı. 11 may. REPORT.AZ/ Suriyanın İdlib şəhərinin Cisr əş-Şuğur rayonunda Bəşşar Əsəd rejiminə məxsus silahlılarla müxalif yaraqlılar arasında qarşıdurma baş verib. “Report”un Türkiyə KİV-inə istinadən verdiyi xəbərə görə, bu barədə Suriya Ümumi İnqilab Şurası məlumat yayıb.

Məlumata görə, hərbçilər müxaliflərin nəzarəti altnda olan Vətən xəstəxanası kompleksinin mühasirəsini yarmağa cəhd göstəriblər. Ancaq müxaliflərin dirənişi qarşısında geri çəkilməyə məcbur olublar və aralarında "Hizbullah" əsgərlərinin də olduğu 70 hərbçi öldürülüb. 

Xəbərdə müxaliflərin Kafr, Karkur və Frey kəndlərindən Cisr əş-Şuğura doğru irəliləməyə çalışan Əsəd qüvvələrinə məxsus 4 tank və çox sayda hərbi vasitəni də məhv etdiyi, orduya aid təyyarələrin isə sözügedən xəstəxananı ətrafını davamlı şəkildə bombaladığı qeyd olunub.

Son xəbərlər

Orphus sistemi