Bakı. 11 may. REPORT.AZ/ Suriyanın İdlib şəhərinin Cisr əş-Şuğur rayonunda Bəşşar Əsəd rejiminə məxsus silahlılarla müxalif yaraqlılar arasında qarşıdurma baş verib. “Report”un Türkiyə KİV-inə istinadən verdiyi xəbərə görə, bu barədə Suriya Ümumi İnqilab Şurası məlumat yayıb.
Məlumata görə, hərbçilər müxaliflərin nəzarəti altnda olan Vətən xəstəxanası kompleksinin mühasirəsini yarmağa cəhd göstəriblər. Ancaq müxaliflərin dirənişi qarşısında geri çəkilməyə məcbur olublar və aralarında "Hizbullah" əsgərlərinin də olduğu 70 hərbçi öldürülüb.
Xəbərdə müxaliflərin Kafr, Karkur və Frey kəndlərindən Cisr əş-Şuğura doğru irəliləməyə çalışan Əsəd qüvvələrinə məxsus 4 tank və çox sayda hərbi vasitəni də məhv etdiyi, orduya aid təyyarələrin isə sözügedən xəstəxananı ətrafını davamlı şəkildə bombaladığı qeyd olunub.