Bakı. 22 May. REPORT.AZ/ Bəşər Əsəd höküməti İraqla sərhədə nəzarəti tamamilə itirdi.
"Report"un BBC-yə istinadən verdiyi məlumata görə, terrorçu "İslam Dövləti" qruplaşmasının üzvləri rəsmi Dəməşqin İraqla sərhəddə nəzarət etdiyi son buraxılış məntəqəsini də ələ keçirib.
Beləliklə, Suriya ərazisinin yarısı, İraq ərazisinin isə yarısına yaxın hissəsi "İslam Dövləti"nin əlinə keçdi.
Xatırladaq ki, ötən gün Suriyadaki qədim Palmira şəhəri də terrorçuların əlinə keçmib və yaraqlılar ən azı 17 dinc sakini edam ediblər.