Suriya höküməti İraqla sərhədə nəzarəti itirdi

Suriya höküməti İraqla sərhədə nəzarəti itirdi Suriya ərazisinin yarısı, İraq ərazisinin isə yarısına yaxın hissəsi "İslam Dövləti"nin nəzarətinə keçdi
Digər ölkələr
22 May , 2015 03:42
Suriya höküməti İraqla sərhədə nəzarəti itirdi

Bakı. 22 May. REPORT.AZ/ Bəşər Əsəd höküməti İraqla sərhədə nəzarəti tamamilə itirdi.

"Report"un BBC-yə istinadən verdiyi məlumata görə, terrorçu "İslam Dövləti" qruplaşmasının üzvləri rəsmi Dəməşqin İraqla sərhəddə nəzarət etdiyi son buraxılış məntəqəsini də ələ keçirib.

Beləliklə, Suriya ərazisinin yarısı, İraq ərazisinin isə yarısına yaxın hissəsi "İslam Dövləti"nin əlinə keçdi.

Xatırladaq ki, ötən gün Suriyadaki qədim Palmira şəhəri də terrorçuların əlinə keçmib və yaraqlılar ən azı 17 dinc sakini edam ediblər.

Son xəbərlər

Orphus sistemi