Sorğu: Seçkilərə 3 həftə qalmış Klinton Trampı 11 faiz qabaqlayır

Sorğu: Seçkilərə 3 həftə qalmış Klinton Trampı 11 faiz qabaqlayır Sorğu 10-13 oktyabr tarixlərində aparıb
Digər ölkələr
16 Oktyabr , 2016 22:43
Sorğu: Seçkilərə 3 həftə qalmış Klinton Trampı 11 faiz qabaqlayır

Bakı. 16 oktyabr. REPORT.AZ / ABŞ-da pezident seçkilərinə 3 həftə qalmış Demokratlar partiyasından Hillari Klinton Respublikaçılar partiyasından olan rəqibini 11 bənd üstələyir. “Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu NBC kanalının keçirdiyi sorğunun nəticələri göstərib.

Araşdırma göstərib ki, seçicilərin 48% öz səslərini ABŞ-ın eks dövlət katibinə veriblər, milliarder Donald Trampı isə 37% seçici dəstəkləyib.

Digər namizədlərdən Hari Conson 7%, Gil Stayn 2% toplayıblar.

Sorğu 10-13 oktyabr tarixlərində aparıb. Ümumilikdə sorğuda 1000 respondent iştirak edib.

Son xəbərlər

Orphus sistemi