Rusiyanın daha bir təyyarəsi qəzaya uğrayıb - YENİLƏNİB

Rusiyanın daha bir təyyarəsi qəzaya uğrayıb - YENİLƏNİB Şahidlər qəza yerində 40-dan çox cəsədin olduğunu bildirib
Digər ölkələr
4 Noyabr , 2015 12:53
Rusiyanın daha bir təyyarəsi qəzaya uğrayıb - YENİLƏNİB

Bakı. 4 noyabr. REPORT.AZ/ "Report" "Ria Novosti"yə istinadən xəbər verir ki, şahidlər Cuba hava limanında "An-12" təyyarəsinin qəzaya uğradığı yerdə 40-dan çox cəsədin olduğunu bildirib.

Yerli KİV-in Cuba beynəlxalq hava limanının rəhbərliyinə istinadən verdiyi məlumata görə, qəzada 3 nəfər sağ qalıb.

*** 12:31

Bakı. 4 noyabr. REPORT.AZ/ Cənubi Sudandakı Cuba hava limanında təyyarə qəzası olub. "Report"un "Reuters" agentliyinə istinadən məlumatına görə, qəza təyyarə havaya qalxdıqdan sonra baş verib.

Təyyarə aeroportdan 800 metr aralıda yerə düşüb.

"RİA Novosti"nin xəbərinə görə, bu, yük təyyarəsi olub. Təyyarədə beşi rusiyalı ekipaj üzvü olmaqla 12 nəfər olub.

"South Sudan Tribune" nəşrinin yazdığına görə, qəza nəticəsində yalnız iki nəfər sağ qalıb. Nəşrin "twitter" hesabında yazılıb: "Cəmi 2 nəfər sağ qalıb, onlardan biri isə uşaqdır".

Son xəbərlər

Orphus sistemi