Qvatemalada üsyan edən məhbuslar girovlar ələ keçirib

Qvatemalada üsyan edən məhbuslar girovlar ələ keçirib Nəzarəti bərpa etmək üçün hadisə yerinə xüsusi polis və ordu qüvvələri göndərilib
Digər ölkələr
30 Noyabr , 2015 10:12
Qvatemalada üsyan edən məhbuslar girovlar ələ keçirib

Bakı. 30 noyabr. REPORT.AZ/ Bazar günü Qvatemalanın mərkəzi departamenti olan Eskuintladakı həbsxanada üsyan çıxaran silahlı məhbuslar girovlar ələ keçirib. "Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "Prense Libre" nəşrinə milli polisin nümayəndələri məlumat verib. İndiki ana qədər münaqişə tərəfləri arasındakı qarşıdurmalarda ən azı iki nəfərin öldüyü, daha bir neçəsinin isə yaralandığı məlumdur.

Qeyd edək ki, "Kanada" həbsxanasında üç mindən çox məhbus var, bu sektorda polislərin sayı isə cəmi 200 nəfərdir. Ona görə də gözətçilər asayişi bərpa etmək üçün islah müəssisəsinə daxil ola bilmirlər. Hələlik məhbusların silahı hansı yolla əldə etməsi məlum deyil. Bəzi mənbələrə görə, söhbət AK-47 avtomatlarından gedir.

Nəzarəti bərpa etmək üçün hadisə yerinə xüsusi polis və ordu qüvvələri göndərilib.

Son xəbərlər

Orphus sistemi