Yuxarı

Qvatemalada üsyan edən məhbuslar girovlar ələ keçirib

Nəzarəti bərpa etmək üçün hadisə yerinə xüsusi polis və ordu qüvvələri göndərilib

Bakı. 30 noyabr. REPORT.AZ/ Bazar günü Qvatemalanın mərkəzi departamenti olan Eskuintladakı həbsxanada üsyan çıxaran silahlı məhbuslar girovlar ələ keçirib. "Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "Prense Libre" nəşrinə milli polisin nümayəndələri məlumat verib. İndiki ana qədər münaqişə tərəfləri arasındakı qarşıdurmalarda ən azı iki nəfərin öldüyü, daha bir neçəsinin isə yaralandığı məlumdur.

Qeyd edək ki, "Kanada" həbsxanasında üç mindən çox məhbus var, bu sektorda polislərin sayı isə cəmi 200 nəfərdir. Ona görə də gözətçilər asayişi bərpa etmək üçün islah müəssisəsinə daxil ola bilmirlər. Hələlik məhbusların silahı hansı yolla əldə etməsi məlum deyil. Bəzi mənbələrə görə, söhbət AK-47 avtomatlarından gedir.

Nəzarəti bərpa etmək üçün hadisə yerinə xüsusi polis və ordu qüvvələri göndərilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi