Paris polisi xüsusi əməliyyat zamanı beş nəfəri həbs edib

Paris polisi xüsusi əməliyyat zamanı beş nəfəri həbs edib Terrorçu-kamikadzenin zərərsizləşdirilməsi ilə bağlı informasiya təsdiq edilib
Digər ölkələr
18 Noyabr , 2015 13:09
Paris polisi xüsusi əməliyyat zamanı beş nəfəri həbs edib

Bakı. 18 noyabr. REPORT.AZ/ Paris Prokurorluğu şəhər ətrafında yerləşən Sen Denidə polisin apardığı xüsusi əməliyyat nəticəsində beş nəfərin həbs edildiyini bəyan edib.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, paytaxt prokurorluğu, həm də terrorçu-kamikadzenin zərərsizləşdirilməsi ilə bağlı KİV-də yayılmış informasiyanı təsdiq edib.

Xatırladaq ki, noyabrın 13-də Paris və şəhər ətrafında ardıcıl terror aktları törədilib. Son məlumatlara görə 129 nəfər ölüb, 352 nəfər isə müxtəlif dərəcəli xəsarət alıb. Terror hücumlarına görə, məsuliyyəti İŞİD terror qruplaşması üzərinə götürüb.

Son xəbərlər

Orphus sistemi