Bakı. 7 oktyabr. REPORT.AZ/
BMT Baş katibi baş verən cinayətləri pisləyib. O, İsrail hökumətinin güc tətbiq etməklə bağlı vəziyyəti təhlil edəcəyinə və bu hadisələri tez bir zamanda qərəzsiz araşdıracağına ümidvar olduğunu bildirib. Pan Gi Mun qeyd edib ki, fələstinlilərə məxsus evlərin sökülməsi və işğal olunmuş Fələstin ərazilərində İsrail tərəfindən yeni yaşayış məntəqələrinin inşa edilməsi israillilər və fələstinlilər arasında gərginliyin artmasına təkan verir.