Bakı. 24 noyabr. REPORT.AZ/ Ukraynanın təbii qaz şirkəti “Naftoqaz”ın sədri Andrey Kobolev bəyan edib ki, onun ölkəsi qış aylarını Rusiya qazı olmadan da keçirə bilər. "Report"un "Gazeta.Ru"-ya istinadən verdiyi xəbərə görə, Kobolev bildirib ki, rəsmi Kiyev ehtiyacı olan qaz həcmini Avropadan qarşılaya bilər.
"Biz bu qışı və hər qışı Ukraynanın tələbatını təmin etməyə qadirik. Diversifikasiya və təbii qaz bazarı həqiqətən işləyirlər", - deyə vurğulayan“Naftoqaz” rəhbəri, Rusiyanın Ukraynaya təbii qaz ixracını dayandırması ilə bağlı "narahat sualları" təəccüblə qarşıladığını qeyd edib.