"Naftoqaz": Ukrayna bu qışı Rusiya qazı olmadan da keçirə bilər

"Naftoqaz": Ukrayna bu qışı Rusiya qazı olmadan da keçirə bilər "Rəsmi Kiyev ehtiyacı olan qaz həcmini Avropadan da qarşılaya bilər"
Digər ölkələr
24 Noyabr , 2015 04:19
Naftoqaz: Ukrayna bu qışı Rusiya qazı olmadan da keçirə bilər

Bakı. 24 noyabr. REPORT.AZ/ Ukraynanın təbii qaz şirkəti “Naftoqaz”ın sədri Andrey Kobolev bəyan edib ki, onun ölkəsi qış aylarını Rusiya qazı olmadan da keçirə bilər. "Report"un "Gazeta.Ru"-ya istinadən verdiyi xəbərə görə, Kobolev bildirib ki, rəsmi Kiyev ehtiyacı olan qaz həcmini Avropadan qarşılaya bilər.

"Biz bu qışı və hər qışı Ukraynanın tələbatını təmin etməyə qadirik. Diversifikasiya və təbii qaz bazarı həqiqətən işləyirlər", - deyə vurğulayan“Naftoqaz” rəhbəri, Rusiyanın Ukraynaya təbii qaz ixracını dayandırması ilə bağlı "narahat sualları" təəccüblə qarşıladığını qeyd edib.

Son xəbərlər

Orphus sistemi