Misirin turizm mərkəzində atışma olub: 2 turist yaralanıb

Misirin turizm mərkəzində atışma olub: 2 turist yaralanıb "Bella Vista" hotelinin yaxınlığında baş verən atışma zamanı iki turist yaralanıb
Digər ölkələr
8 Yanvar , 2016 23:30
Misirin turizm mərkəzində atışma olub: 2 turist yaralanıb

Bakı. 8 yanvar. REPORT.AZ/ Bu axşam "Misirin Antalyası" hesab olunan Hurqada əyləncə, istirahət və turizm zonasında üç naməlum şəxs atışma törədib.

"Report"un "Lenta.Ru"ya istinadən verdiyi xəbərə görə, "Bella Vista" hotelinin yaxınlığında baş verən atışma zamanı Danimarka və Almaniya vətəndaşları olan iki turist yaralanıb.

"Bella Vista" hotelinə hücum edən terrorçulardan birinin hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat nəticəsində öldürüldüyü, digərinin isə yaralandığı bildirilir. Terror aktına görə, hələlik heç bir terror təşkilatı məsuliyyəti öz üzərinə götürməyib.

Son xəbərlər

Orphus sistemi