Yuxarı

Misirin turizm mərkəzində atışma olub: 2 turist yaralanıb

Bella Vista hotelinin yaxınlığında baş verən atışma zamanı iki turist yaralanıb

Bakı. 8 yanvar. REPORT.AZ/ Bu axşam "Misirin Antalyası" hesab olunan Hurqada əyləncə, istirahət və turizm zonasında üç naməlum şəxs atışma törədib.

"Report"un "Lenta.Ru"ya istinadən verdiyi xəbərə görə, "Bella Vista" hotelinin yaxınlığında baş verən atışma zamanı Danimarka və Almaniya vətəndaşları olan iki turist yaralanıb.

"Bella Vista" hotelinə hücum edən terrorçulardan birinin hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat nəticəsində öldürüldüyü, digərinin isə yaralandığı bildirilir. Terror aktına görə, hələlik heç bir terror təşkilatı məsuliyyəti öz üzərinə götürməyib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi