Bakı. 16 oktyabr. REPORT.AZ/ Meksikada cinayətkarlar polisə odlu silahdan atəş açıblar.
"Report"un məlumatına görə, bu barədə "TASS" xəbər yayıb.
Hadisə ölkə paytaxtının şimalındakı Santyaqo-Atepetlak rayonunda baş verib. Polis cavab atəşi ilə cinayətkarların ikisini zərərsizləşdirib.
Habelə üç cinayətkar həbs edilib. İctimai Təhlükəsizlik Nazirliyi yanında polis qərargahının rəhbəri Viktor Ortis bildirib ki, atışma zamanı həmçinin 2 polis əməkdaşı da yaralanıb. "Hadisə yerindən bu silahların digər cinayətlərdə istifadə edilib-edilmədiyinhi araşdırmaq məqsədilə ekspertizaya təqdim edilmək üçün 4 avtomat silahı, 2 tapança götürülüb" – deyə Ortis qeyd edib.
O, qeyd edib ki, cinayətkarlar 4 avtomobildən, op cümlədən Mexikonun taksi nömrəsindən istifadə ediblər.
Polisə hücum faktı ilə bağlı bir neçə maddə üzrə cinayət işi açılıb.