Bakı. 2 iyun. REPORT.AZ/ Kanada Məhkəməsi ölkənin iri tütün şirkətlərini ölkə vətəndaşlarının siqaretin təhlükəli olduğu haqqında onlara xəbərdarlıq edilmədiyi barədə iddialarını təmin edərək, həmin şirkətlərin iddiaçı tərəfə 15,5 milyard Kanada dolları (12,4 milyard ABŞ dolları) ödənilməsi ilə bağlı qərar çıxarıb. Bu barədə "Report" RİA "Novosti"yə istinadən xəbər verir.
Tütün şirkətlərinin siqaret çəkənlərə vurduğu mənəvi zərərə görə ödəyəcəyi məbləğ Kanada tarixində ən böyük məbləğ olacaq.
Imperial Tobacco, Rothmans Benson & Hedges və JTI-Mac Donald şirkətləri apellyasiya şikayəti vermək niyyətində olduqlarını açıqlayıblar.