​Məhkəmə kanadalı siqaret çəkənlərə 12 milyard ABŞ dolları ödənilməsi barədə qərar çıxarıb

​Məhkəmə kanadalı siqaret çəkənlərə 12 milyard ABŞ dolları ödənilməsi barədə qərar çıxarıb Tütün şirkətlərinin siqaret çəkənlərə vurduğu mənəvi zərərə görə ödəyəcəyi məbləğ Kanada tarixində ən böyük məbləğ olacaq
Digər ölkələr
2 İyun , 2015 10:28
​Məhkəmə kanadalı siqaret çəkənlərə 12 milyard ABŞ dolları ödənilməsi barədə qərar çıxarıb

Bakı. 2 iyun. REPORT.AZ/ Kanada Məhkəməsi ölkənin iri tütün şirkətlərini ölkə vətəndaşlarının siqaretin təhlükəli olduğu haqqında onlara xəbərdarlıq edilmədiyi barədə iddialarını təmin edərək, həmin şirkətlərin iddiaçı tərəfə 15,5 milyard Kanada dolları (12,4 milyard ABŞ dolları) ödənilməsi ilə bağlı qərar çıxarıb. Bu barədə "Report" RİA "Novosti"yə istinadən xəbər verir. 

Tütün şirkətlərinin siqaret çəkənlərə vurduğu mənəvi zərərə görə ödəyəcəyi məbləğ Kanada tarixində ən böyük məbləğ olacaq.

Imperial Tobacco, Rothmans Benson & Hedges və JTI-Mac Donald şirkətləri apellyasiya şikayəti vermək niyyətində olduqlarını açıqlayıblar.

Son xəbərlər

Orphus sistemi