Parisdə atışma zamanı iki polis yaralanıb

Parisdə atışma zamanı iki polis yaralanıb Fransanın paytaxtı Parisdə baş verən atışma nəticəsində iki polis yaralanıb.
Digər ölkələr
10 May , 2024 02:52
Parisdə atışma zamanı iki polis yaralanıb

Fransanın paytaxtı Parisdə baş verən atışma nəticəsində iki polis yaralanıb.

“Report”un xəbərinə görə, bu barədə BFM TV telekanalı məlumat yayıb.

Məlumata görə, hadisə Parisin 13-cü Dairəsində, polis bölməsində baş verib.

“Parisien” qəzeti isə bildirib ki, Parisdə saxlanılan cinayətkar hüquq-mühafizə orqanlarının əməkdaşının tapançasını götürüb və onlardan ikisini yaralayıb.

Qeyd edilir ki, yaralıların vəziyyəti ağırdır.

Hadisənin digər təfərrüatları açıqlanmır.

Son xəbərlər

Orphus sistemi