Bakı. 20 may. REPORT.AZ/ Uzunmüddətli danışıqlardan sonra Malayziya və İndoneziya öz ərazilərində Myanma, Banqladeş və Taylanddan olan 7 min qanunsuz miqrantı müvəqqəti yerləşdirməyə razılıq verib.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Malayziyanın xarici işlər naziri Anifah Aman Kuala-Lumpurda jurnalistlərə bildirib.
"Biz ümid edirik ki, bu il ərzində iki ölkənin hökumətləri həmin şəxslərin yerləşdirilməsi, eləcə də onların gələcəkdə vətənlərinə göndərilməsi ilə bağlı bütün məsələləri həll edəcək", - Malayziya XİN rəhbəri qeyd edib.