​Livanda nümayişçilər nazirlik binasını ələ keçirib

​Livanda nümayişçilər nazirlik binasını ələ keçirib Nazir Nuhad əl-Maşnuk kabinetində olduğunu və vəzifə səlahiyyətlərini icra etdiyini söyləyib
Digər ölkələr
1 Sentyabr , 2015 19:02
​Livanda nümayişçilər nazirlik binasını ələ keçirib

Bakı. 1 sentyabr. REPORT.AZ/ Livanın paytaxtı Beyrut şəhərində keçirilmiş etiraz aksiyasının iştirakçıları şəhər mərkəzindəki Ətarf Mühitin Mühafizəsi Nazirliyinin binasını ələ keçirblər.

"Report"un TASS-a istinadən verdiyi məlumata görə, nümayişçilər ətraf mühitin mühafizəsi naziri Nuhad əl-Maşnukun istefa verməyəcəyi təqdirdə binanı tərk etməyəcəklərini bildiriblər.

Aksiya iştirakçıları ölkədə yaranan "zibil böhranı"nın məsuliyyətini nazirin daşıdığını bildiriblər.

Yeni etiraz tədbiri keçirmək üçün ictimai fəallar şəhərin mərkəzinə toplaşırlar. Polis isə onları nazirlik istiqamətinə buraxmamaq üçün yolları kəsib.

Nazir Nuhad əl-Maşnuk kabinetində olduğunu və vəzifə səlahiyyətlərini icra etdiyini söyləyib.

Etirazçılarla görüşə getməyə hazırlaşan nazirin kabinetindən gənclərin "Çix get, çıx get, çıx get", "İnqilab, inqilab, inqilab!" şüarlarının eşidildiyi də bildirilib. 

Son xəbərlər

Orphus sistemi