Yuxarı

​Livanda nümayişçilər nazirlik binasını ələ keçirib

Nazir Nuhad əl-Maşnuk kabinetində olduğunu və vəzifə səlahiyyətlərini icra etdiyini söyləyib

Bakı. 1 sentyabr. REPORT.AZ/ Livanın paytaxtı Beyrut şəhərində keçirilmiş etiraz aksiyasının iştirakçıları şəhər mərkəzindəki Ətarf Mühitin Mühafizəsi Nazirliyinin binasını ələ keçirblər.

"Report"un TASS-a istinadən verdiyi məlumata görə, nümayişçilər ətraf mühitin mühafizəsi naziri Nuhad əl-Maşnukun istefa verməyəcəyi təqdirdə binanı tərk etməyəcəklərini bildiriblər.

Aksiya iştirakçıları ölkədə yaranan "zibil böhranı"nın məsuliyyətini nazirin daşıdığını bildiriblər.

Yeni etiraz tədbiri keçirmək üçün ictimai fəallar şəhərin mərkəzinə toplaşırlar. Polis isə onları nazirlik istiqamətinə buraxmamaq üçün yolları kəsib.

Nazir Nuhad əl-Maşnuk kabinetində olduğunu və vəzifə səlahiyyətlərini icra etdiyini söyləyib.

Etirazçılarla görüşə getməyə hazırlaşan nazirin kabinetindən gənclərin "Çix get, çıx get, çıx get", "İnqilab, inqilab, inqilab!" şüarlarının eşidildiyi də bildirilib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi