Kuril adaları yaxınlığında zəlzələ olub

Kuril adaları yaxınlığında zəlzələ olub Rusiyanın Saxalin vilayətinin Kuril adaları yaxınlığında 4,7 bal gücündə zəlzələ qeydə alınıb
Digər ölkələr
11 Avqust , 2015 07:35
Kuril adaları yaxınlığında zəlzələ olub

Bakı. 11 avqust. REPORT.AZ/ Rusiyanın Saxalin vilayətinin Kuril adaları yaxınlığında 4,7 bal gücündə zəlzələ qeydə alınıb.

"Report"-un "İnterfaks" agentliyinə istinadən verdiyi xəbərə görə, yeraltı təkanlar yerli vaxtla 00:59-da Sakit okeanda, Şikotan adasından 55 km şərqdə, 80 km dərinlikdə baş verib.

Yerli FHN mərkəzinin məlumatına əsasən, regionun yaşayış məntəqələrində yeraltı təkanlar hiss olunmayıb.

Zəlzələ ilə əlaqədar Saxalin vilayətində sunami xəbərdarlığı elan edilməyib.

Son xəbərlər

Orphus sistemi