Krımda "yerüstü dəhliz" yaratmaq cəhdləri böyük müharibəyə gətirib çıxara bilər

Krımda "yerüstü dəhliz" yaratmaq cəhdləri böyük müharibəyə gətirib çıxara bilər O, həmçinin Krımda tatarların hüquqlarının pozulmasına diqqət çəkib
Digər ölkələr
31 Yanvar , 2015 10:36
Krımda yerüstü dəhliz yaratmaq cəhdləri böyük müharibəyə gətirib çıxara bilər

Bakı. 31 yanvar. REPORT.AZ/ Rusiyanın Krımda "yerüstü dəhliz" yaratmaq cəhdləri böyük müharibəyə gətirib çıxara bilər. "Report" BMT-nin informasiya mərkəzinə istinadən xəbər verir ki, bu barədə BMT yanında Ukraynanın daimi nümayəndəsi Yuri Sergeyev Nyu-Yorkda təşkilatın qərargahındakı mətbuat konfransında çıxışı zaman bildirib. 

O, beynəlxalq ictimaiyyəti onun ölkəsində terrorçuların cinayətlərə qarşı sərt münasibət bildirməyə və onları dəstəkləyənlərə təzyiqi artırmağa çağırıb.

Yuri Sergeyev KİV nümayəndələrinə 30 mülki şəxsin həlak olduğu və 100-dən artıq insanın yaralandığı Mariupolda yaşayış məntəqələrinin atəşə tutulması haqqında xatırladıb. Ukrayna səfiri qeyd edib ki, Mariupol mühüm sənaye mərkəzi və Krıma "yerüstü dəhlizin" üzərində strateji şəhərdir. Onun sözlərinə görə, Rusiya bu cür "dəhliz" yaratmaq niyyətindədir, bu da "böyük müharibəyə" gətirib çıxara bilər. 

Səfir, həmçinin Krımda tatarların hüquqlarının pozulmasına diqqət çəkib.

Son xəbərlər

Orphus sistemi