Yuxarı

Krımda "yerüstü dəhliz" yaratmaq cəhdləri böyük müharibəyə gətirib çıxara bilər

O, həmçinin Krımda tatarların hüquqlarının pozulmasına diqqət çəkib

Bakı. 31 yanvar. REPORT.AZ/ Rusiyanın Krımda "yerüstü dəhliz" yaratmaq cəhdləri böyük müharibəyə gətirib çıxara bilər. "Report" BMT-nin informasiya mərkəzinə istinadən xəbər verir ki, bu barədə BMT yanında Ukraynanın daimi nümayəndəsi Yuri Sergeyev Nyu-Yorkda təşkilatın qərargahındakı mətbuat konfransında çıxışı zaman bildirib. 

O, beynəlxalq ictimaiyyəti onun ölkəsində terrorçuların cinayətlərə qarşı sərt münasibət bildirməyə və onları dəstəkləyənlərə təzyiqi artırmağa çağırıb.

Yuri Sergeyev KİV nümayəndələrinə 30 mülki şəxsin həlak olduğu və 100-dən artıq insanın yaralandığı Mariupolda yaşayış məntəqələrinin atəşə tutulması haqqında xatırladıb. Ukrayna səfiri qeyd edib ki, Mariupol mühüm sənaye mərkəzi və Krıma "yerüstü dəhlizin" üzərində strateji şəhərdir. Onun sözlərinə görə, Rusiya bu cür "dəhliz" yaratmaq niyyətindədir, bu da "böyük müharibəyə" gətirib çıxara bilər. 

Səfir, həmçinin Krımda tatarların hüquqlarının pozulmasına diqqət çəkib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi