Bakı. 7 sentyabr. REPORT.AZ/ Bu gün beynəlxalq hərbi birləşmələrin səhvən Əfqanıstan polisinin mövqeyini bombalaması nəticəsində azı 17 asayiş keşikçisi həyatını itirib.
"Report" Əfqanıstan KİV-inə istinadən xəbər verir ki, bu haqda ölkənin
Məlumata görə, hadisə Əfqanıstanın cənubunda yerləşən Gilmend əyalətində baş verib. Yanlış bombalanmanın qurbanları narkotiklərə qarşı mübarizə qurumunun polisləridir.
NATO-nun başçılıq etdiyi beynəlxalq təhlükəsizlik qüvvələri hadisəyə hələlik münasibət bildirməyib.