Jozep Borrell: İranın İsrailə cavab zərbəsi endirəcəyini bilirdik

Jozep Borrell: İranın İsrailə cavab zərbəsi endirəcəyini bilirdik Avropa İttifaqı (Aİ) İranın İsrailə qarşı hazırlanan cavab zərbəsi barədə əvvəlcədən bilirdi, çünki bununla bağlı məlumat təşkilata bir neçə gün qabaq daxil olmuşdu.
Digər ölkələr
16 Aprel , 2024 11:09
Jozep Borrell: İranın İsrailə cavab zərbəsi endirəcəyini bilirdik

Avropa İttifaqı (Aİ) İranın İsrailə qarşı cavab zərbəsinə hazırlaşdığını əvvəlcədən bilirdi, çünki bununla bağlı məlumat təşkilata bir neçə gün qabaq daxil olmuşdu.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Aİ-nin təhlükəsizlik və xarici siyasət üzrə ali nümayəndəsi Jozep Borrell Fransanın “Le Monde” qəzetinə müsahibəsində bildirib.

“Zərbədən bir neçə gün əvvəl bizə xəbərdarlıq etmişdilər”, - o qeyd edib.

J.Borrell Aİ-nin zərbənin hazırlanması ilə bağlı xəbərin haradan alındığına aydınlıq gətirməyib.

Son xəbərlər

Orphus sistemi