İndoneziyada Ruanq vulkanı yenidən püskürüb

İndoneziyada Ruanq vulkanı yenidən püskürüb İndoneziyanın Şimali Sulavesi əyalətindəki eyniadlı adada Ruanq vulkanı yenidən püskürüb.
Digər ölkələr
30 Aprel , 2024 07:45
İndoneziyada Ruanq vulkanı yenidən püskürüb

İndoneziyanın Şimali Sulavesi əyalətindəki eyniadlı adada Ruanq vulkanı yenidən püskürüb.

Bu barədə “Report” Yaponiya Baş Meteorologiya İdarəsinə istinadən məlumat yayıb.

Qeyd olunub ki, atmosferə 19 kilometr hündürlükdə kül dumanı yayılıb.

Ruanq artıq aprel ayında səkkiz dəfə püskürüb. Bundan əvvəl adadan 828 sakin təxliyə edilib. Ölən və yaralananlar barədə məlumat verilmir.

Vulkanın ərazisində təhlükə səviyyəsi ölkədə qəbul edilmiş təsnifata uyğun olaraq maksimum dörd səviyyəyə qaldırılıb. İndoneziya hətta Manado şəhərindəki hava limanını bağlayıb, 40-dan çox aviareys təxirə salınıb.

Son xəbərlər

Orphus sistemi