İranda parlament seçkilərinə rekord sayda namizəd qeydiyyatdan keçib

İranda parlament seçkilərinə rekord sayda namizəd qeydiyyatdan keçib Onların 11 faizini qadınlar təşkil edir
Digər ölkələr
26 Dekabr , 2015 17:24
İranda parlament seçkilərinə rekord sayda namizəd qeydiyyatdan keçib

Bakı. 26 dekabr. REPORT.AZ/ İranda keçiriləcək parlament seçkilərində iştirak etmək məqsədilə rekord sayda namizəd qeydiyyatdan keçib. "Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, ümumi namizədlərin sayı 12 mindən çoxdur. Bu barədə "Press TV" məlumat yayıb. 

Ölkə parlamentinə seçki qabağı siyasi mübarizəni işıqlandıran telekanal 12 mindən çox namizəd arasında qadınların çəkisinin 11 faiz olduğunu da diqqətə çatdırıb.

İranda parlament seçkiləri 2016-cı il fevralın 26-na təyin olunub. 290 deputatdan ibarət olacaq yeni parlament öz səlahiyyətlərini 4 il ərzində həyata keçirəcək.

Son xəbərlər

Orphus sistemi