Yuxarı

İranda parlament seçkilərinə rekord sayda namizəd qeydiyyatdan keçib

Onların 11 faizini qadınlar təşkil edir

Bakı. 26 dekabr. REPORT.AZ/ İranda keçiriləcək parlament seçkilərində iştirak etmək məqsədilə rekord sayda namizəd qeydiyyatdan keçib. "Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, ümumi namizədlərin sayı 12 mindən çoxdur. Bu barədə "Press TV" məlumat yayıb. 

Ölkə parlamentinə seçki qabağı siyasi mübarizəni işıqlandıran telekanal 12 mindən çox namizəd arasında qadınların çəkisinin 11 faiz olduğunu da diqqətə çatdırıb.

İranda parlament seçkiləri 2016-cı il fevralın 26-na təyin olunub. 290 deputatdan ibarət olacaq yeni parlament öz səlahiyyətlərini 4 il ərzində həyata keçirəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi